Səudiyyə Ərəbistanı Livana dəstək vermək niyyətindədir


Səudiyyə Ərəbistanı İsrailin “Hizbullah”a qarşı əməliyyatının başlamasından sonra kritik vəziyyətdə qalan Livan sakinlərinə tibbi və humanitar yardım göstərmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qardaşlara dəstək verən krallığın rəhbərliyi bu kritik şəraitdə Livan xalqına kömək olmaq üçün onlara tibbi və humanitar yardım göstərilməsi barədə əmri verib”, - nazirliyin səhifəsində dərc olunan sənəddə deyilir.

Bəyanatda qeyd edilib ki, krallıq Livandakı vəziyyəti böyük narahatlıqla izləyir və ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

“Səudiyyə Ərəbistanı bu qarşıdurmada qardaş Livan xalqına dəstəyini bir daha təsdiqləyir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}