Baş naziri Binyamin Netanyahu İsrailə qayıdıb.
İsrail ordusunun Beyrutdakı “Hizbullah” qərargahına endirdiyi zərbələrdən sonra cümə günü ABŞ-yə səfərini yarımçıq kəsən İsrailin Baş naziri Binyamin Netanyahu İsrailə qayıdıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb. Radiostansiyaya görə, şənbə günü axşam Baş nazirin təhlükəsizlik məsələləri ilə bağlı iclası planlaşdırılır. Cümə günü ordunun mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum etdiyini bildirib. Günün əvvəlində İsrail Nazirlər Kabinetinin rəhbəri BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı çıxış edərək bildirib ki, İsrail “tam qələbə çalana qədər” Qəzzada mübarizəni davam etdirəcək və “Hizbullah” hərəkatına zərbə endirəcək. Bundan əvvəl İsrail Ordusu “Hizbullah” lideri Həsən Nəsrullahın Beyruta endirilən zərbələr nəticəsində öldürüldüyü barədə məlumat yayıb.
Facebook-da paylaş