TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiyaya səfərinin son dərəcə mənalı olduğunu deyib və onun səmərəli olacağına ümid etdiyini bildirib. Şəffaflıq.az xəbər verir ki, o, bu barədə Rusiyadan qayıdarkən jurnalistlərə bildirib. “Rusiyadakı görüşlərimiz gözlədiyimizdən də məhsuldar oldu. Hazırkı beynəlxalq şəraitdə Türkiyə ilə Rusiya arasında mövcud olan bütün məsələləri, o cümlədən regional və qlobal mövzuları ətraflı müzakirə etmək çox faydalı idi. Ümid edirəm ki, nəticələr yaxşı olacaq. Gələcəkdə bu mövzuların işlənməsini izləyəcəyik və qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacağıq”. Ukraynadakı münaqişə məsələsinə də toxunan Kurtulmuş 2022-ci ildə İstanbulda irəliləyiş əldə olunduğunu, lakin Kiyevin danışıqlardan kənarlaşdırıldığını qeyd edib. “Bütün həmsöhbətlərimiz bilir ki, Türkiyə Rusiya-Ukrayna böhranının həlli üçün böyük səylər göstərib. Bəzi irəliləyişlər əldə olunub. Rusiyanın Prezidenti Vladimir Putinlə görüşümüz zamanı mən 2022-ci ilin mart ayında Dolmabağçadakı razılaşmalar barədə danışdıq. Amma təəssüf ki, o zaman Ukrayna həmin müzakirədən kənarlaşdırıldı”.
Facebook-da paylaş