Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bu, Yalçın Camalovdur.

O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.

Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}