KİV: HƏMAS və Fəth Qəzzada mülki idarəetmə ilə bağlı konsensus əldə edib


Fələstinin HƏMAS və Fəth hərəkatları Qəzza zolağında mülki idarəetmə məsələsi ilə bağlı konsensus əldə edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.

O bildirib ki, razılaşmaya əsasən, HƏMAS Qəzzada sərhəd-keçid məntəqələrinə nəzarət etməyəcək.

“Gələn həftə hərəkatlar barışıq çərçivəsində görüş keçirəcək”, - mənbə əlavə edib.

Hazırda Fələstin rəsmiləri Qəzza zolağının idarə olunması məsələsi ilə bağlı təmasdadır. Qeyd edilir ki, müzakirə olunan məsələlər arasında müstəqil xadimlərdən ibarət yerli administrasiya, o cümlədən hər iki hərəkatın və digər Fələstin fraksiyalarının razılıq verəcəyi halda texnokratlar hökumətinin yaradılması da yer alır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}