Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > KİV: HƏMAS və Fəth Qəzzada mülki idarəetmə ilə bağlı konsensus əldə edib
KİV: HƏMAS və Fəth Qəzzada mülki idarəetmə ilə bağlı konsensus əldə edib26-09-2024, 14:13 |
Fələstinin HƏMAS və Fəth hərəkatları Qəzza zolağında mülki idarəetmə məsələsi ilə bağlı konsensus əldə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb. O bildirib ki, razılaşmaya əsasən, HƏMAS Qəzzada sərhəd-keçid məntəqələrinə nəzarət etməyəcək. “Gələn həftə hərəkatlar barışıq çərçivəsində görüş keçirəcək”, - mənbə əlavə edib. Hazırda Fələstin rəsmiləri Qəzza zolağının idarə olunması məsələsi ilə bağlı təmasdadır. Qeyd edilir ki, müzakirə olunan məsələlər arasında müstəqil xadimlərdən ibarət yerli administrasiya, o cümlədən hər iki hərəkatın və digər Fələstin fraksiyalarının razılıq verəcəyi halda texnokratlar hökumətinin yaradılması da yer alır. Geri qayıt |