Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər. Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbəri paylaş
Facebook-da paylaş