Livana zərbələr zamanı son sutka ərzində 51 nəfər ölüb, 223 nəfər yaralanıb


İsrail Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində Livanın bir sıra bölgələrində əhalinin məskunlaşdığı ərazilərə endirdiyi zərbələr nəticəsində azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Beyrutda keçirilən mətbuat konfransında Livanın müvəqqəti səhiyyə naziri Firas Abyad bildirilib.

“Tibb müəssisələri fövqəladə rejimdə işləyir, xəstəxanalar doludur, həkimlər böyük yük altındadır”, - o deyib.

Xatırladaq ki, daha əvvəl sentyabrın 24-də İsrailin hücumları nəticəsində 569 nəfərin öldüyü, 1,8 mindən çox insanın yaralandığı bildirilmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}