İki mindən çox müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçib
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 23-24 sentyabrda təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb. Şəffaflıq.az xəbər verir ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən 2 370 təhsilverən uğur qazanıb, 2 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib.
Xəbəri paylaş
Facebook-da paylaş