Makrona bir həftə möhlət verildi - “İslahahatları ləğv etməsəniz...”
Şəffaflıq.az xəbər verir ki, Fransada hökumətin təqaüd islahatına etiraz üçün 5 dekabr tarixində başlayan müddətsiz tətilin iştirakçıları Makron hökumətinə 1 həftə möhlət veriblər. İslahat qərarının ləğv edilməyəcəyi təqdirdə etirazların ikiqat vüsətlə davam edəcəyi bildirilib.
Fransada yanacağın bahalaşması ilə başlanan etirazlar prezident Emmanuel Makronun siyasətin idarəçilik tərzinə qarşı daha genişmiqyaslı etiraz nümayişlərinə çevrildi. Ölkədə xaos vəziyyətinin hakim olduğu bir dövrdə etirazlara bir həftəlik fasilə verilib.
Bir həftə möhlət. “İslahahatları ləğv etməsəniz...”
Ölkə miqyasında davam edən tətil xüsusilə nəqliyyata təsir edir. Dəmir yolları və metro xəttlərindəki axsamalar səbəbindən paytaxt Fransanın ətrafında və daxilində nəqliyyat növbələri həyatı iflic edir. Polis ona müqavimət göstərən etirazçılarla sərt davranır. Dəmiryolu, Nəqliyyat, Mədən, Energetika və Kimya sənayesi Federasiyaları hökumətin bir həftə ərzində islahatları ləğv eləmək qərarını verməyəcəkləri təqdirdə, etirazları ikiqat şiddətlə davam etdirəcklərini bildiriblər.
Fransızları qorxu bürüdü
Fransada təqaüd islahatına qarşı davam edən ölkə miqyaslı tətil həyatı iflic edir. Fransızlar 24 aralıq Milad gecəsini qohumları ilə birlikdə keçirmək üçün səfər edəcəkləri zaman nəqliyyatsız qalmaq qorxusu ilə qarşılaşıblar.
Fransada xaos hakimdir
Sarı şiletlilərin nümayişçilərinin ardından, ötən həftnin cümə axşamı günündən bəri bir çox sahələrdə işləyənlər təqaüd islaharına qarşı tətillərə başlayıblar. Tətilin ilk günündə küçələrə çıxanların sayı 800 min nəfərə çatmışdı.
Facebook-da paylaş