Pakistanla Türkiyə liderləri ikitərəfli və regional məsələləri müzakirə ediblər
Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Şəffaflıq.az xəbər verir ki, o, bu barədə “X”də yazıb. Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Onlar, həmçinin Qəzzadakı son durum barədə də danışıblar. “Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün Türkiyə ilə işləməyi səbirsizliklə gözləyirəm”, - Ş.Şərif yazıb.
Xəbəri paylaş
Facebook-da paylaş