Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub.


Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Tarsus-Adana-Gaziantep avtomobil yolunda turist avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü də daxil olmaqla 20 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə Nurdağı Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}