Livanda yaralanan İran səfiri ölkəsinə aparılıb


Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın Livandakı səfiri Moctəba Əmani ölkəsinə aparılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Qeyd edilib ki, səfir müalicə prosesini başa çatdırmaq üçün vətəninə aparılıb.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxlu sayda rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub.

Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə baş verən partlayışlar nəticəsində 30 nəfər ölüb, 450-dən çox insan yaralanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}