Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.


Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.

Şəffaflıq.az xəbər verir ki, "Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.

"Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}