Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir


Avropa İttifaqının Ermənistan vətəndaşları üçün viza rejimini sadələşdirmək niyyəti Brüsselin İrəvanın siyasətinə təzyiq vasitəsidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Brüssel vizasız rejim barədə danışıqlar başladıqdan sonra Ermənistanın siyasətinə təzyiq vasitələri əldə edəcək.

Zaxarova, eyni zamanda vurğulayıb ki, Aİ ilə vizasız rejim Ermənistanın Rusiya ilə vizasız rejiminə təsir etməyəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}