Emin Əmrullayev: Azərbaycanda 400-dən çox məktəb qəzalı vəziyyətdədir
Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq. Nazirin sözlərinə görə, hər il qəzalı məktəblərin sayı azalır: "4 il bundan əvvəl 900-dən artıq qəzalı məktəb var idisə, bu il həmin məktəblərin çoxu təmir edilib və sözügedən rəqəm yarıya enib. Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”. Şəffaflıq.az
Facebook-da paylaş