Ermənistan parlamentinin sədri: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil
“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil. Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib. Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. O hüquqşünasdır və hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.
Xəbəri paylaş
Facebook-da paylaş