Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ermənistan parlamentinin sədri: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil

Ermənistan parlamentinin sədri: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil


9-09-2024, 11:09


“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.

Şəffaflıq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. O hüquqşünasdır və hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.


Geri qayıt