Son səkkiz ayda 32,5 min şəxsə əlillik təyin edilib
Bu ilin yanvar-avqust ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 32,5 min şəxsə əlillik təyin edib. Qeyd olunub ki, onlardan 16,3 mininə ilkin, 16,2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş