Yon Dal Tomasson: Rəqibə açıq oyun təklif etdik
Rəqibə açıq oyun təklif etdik. "Report" xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Azərbaycan yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis nəticəni dəyərləndirib: "Nəticədən razıyam. Kifayət qədər şanslar əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndən sonra futbolçularım mövqelərini tuta bilmirdilər. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam. Ona növbəti oyunlarda da şans verəcəyəm". "Bakıda belə nəticə qazanmaq, məncə, həm çox çətin, həm də təqdirəlayiqdir. Penaltidən qol buraxsaydıq belə, daha sonra yaratdığımız təhlükəli vəziyyətlərdən istifadə edə bilərdik", - deyə Yon Dal Tomasson bildirib. Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şəffaflıq.az
Facebook-da paylaş