Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb
Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş