Əsas Səhifə > MANŞET > Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb


3-09-2024, 12:36


Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.

Şəffaflıq.az


Geri qayıt