Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxıb


Kamçatkada yoxa çıxan helikopterinin göyərtəsində 22 nəfərin olduğu güman edilir

Kamçatkada yoxa çıxan “Mi-8T” helikopterinin göyərtəsində 22 nəfər ola bilər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“İlkin məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin”, - məlumatda deyilir.

Qurumun məlumatına görə, helikopter Vaçkajets vulkanı ərazisindəki ərazidən Nikolayevkaya (Yelizovo hava limanından 17 km cənub-qərbdə yerləşir) uçurdu, lakin təyin olunmuş vaxtda (Moskva vaxtı ilə təxminən saat 07:15) helikopter ekipajı əlaqəyə çıxmayıb.

“Axtarışlar üçün digər “Mi-8” helikopteri havaya qaldırılıb”, - Rosaviasiyadan əlavə edilib.

İnsidenti ilə əlaqədar Kamçatka Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi sahəsində qanunvericiliyə əməl olunub-olunmaması ilə bağlı yoxlama aparır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}