Erməni jurnalistə yaddaş: Qərbi azərbaycanlılar Ermənistanın əsl sakinləridir - ANALİZ


Azərbaycanda baş verənlərin Ermənistandan, eləcə də dünyada ermənilər tərəfindən izlənməsi ona münasibət bildirilməsi təbiidir. Ancaq ənənəvi təhriflər tərəflər arasında normallaşma prosesinə mənfi təsir edir, Ermənistana inama xələl yetirir.

Vaxtı ilə erməni ideoloqları Silva Kapitukyan, Zori Balayan, Abel Aqambekyan Azərbaycana qarşı təbliğat aparıb, müsahibələr verib, uydurma məqalələr yazıblar. Onlar özlərindən əvvəlki anti-türk erməni ideoloqları və havadarlarının qondarma fikirlərinə istinad etməklə yazılarını və təbliğatlarını inandırıcı etməyə səy göstəriblər. Bu üsulla onlar saxta erməni tarixi formalaşdırıblar. Yüz ildən artıqdır erməni cəmiyyətini bu saxta tarixə inandırırlar.

Elə bu uydurmalar əsasında neçə-neçə erməni nəsli böyüyüb. Bu saxtakarlıqlar əsasında milli tərbiyə alan ermənilər Ermənistanda 1988-1989-cu illərdə qərbi azərbaycanlıları öz yurd-yuvalarından qovaraq onların mal-mülkünə yiyələnib. 300 minə yaxın qərbi azərbaycanlı zorla Ermənistan vətəndaşlığından məhrum edilib. Havadarlarının yardımı və dəstəyi ilə onlar Azərbaycan Qarabağ və ətraf rayonlarını 30 ilə yaxın işğalda saxlayıb, yer və coğrafi adları erməniləşdiriblər. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını, binaları yerlə-yeksan edib, mədəni, dini, tarixi abidləri dağıdıb uçurublar.

Onların vəhşi əməlləri 44 günlük Vətən Müharibəsindən sonra daha çox ifşa olunub. Bu müharibə həm də erməni ideoloqlarının saxta düşüncələrini, onların qəhrəmanlığı barədə formalaşan mifi də darmadağın edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}