Kadırovun oğlu Çeçenistanın ən yüksək mükafatına layiq görülüb


Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, onun təhlükəsizliyini təmin edən idarənin rəisi Adam Kadırov ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

“Mən Çeçenistan Respublikasının başçısının təhlükəsizlik idarənin müdiri, hörmətli qardaşım Adam Kadırovu ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu, onun yüksək mənəvi keyfiyyətlərinin və işinə sədaqətinin layiqli etirafıdır”, - deyə Çeçenistan hökumətinin nümayəndəsi bildirib.

O əlavə edib ki, Adam Kadırov əsl vətənpərvər, müsəlman və çeçendir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}