Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya Federasiyasının Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.
Ukrayna Silahlı Qüvvələri bu gün Rusiya Federasiyasının Kursk vilayətində daha 1-3 kilometr irəliləyib. Şəffaflıq.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məlumat yayıb. Onun sözlərinə görə, döyüşlər davam edir. “Biz bəzi istiqamətlərdə 1-3 kilometr məsafədə irəliləyirik, həmçinin bütün cəbhə xətti boyunca döyüşlər davam edir, ümumilikdə vəziyyət nəzarət altındadır”, - Sirski bildirib. O, həmçinin qeyd edib ki, general-mayor Eduard Moskalev artıq Kursk vilayətinin komendantı vəzifəsinin icrasına başlayıb. "İndi Malaya Loknya bölgəsində döyüşlər gedir, ümid edirəm ki, orada çoxlu əsir götürüləcək", - Sirski əlavə edib. Qeyd edək ki, artıq 11 gündür Rusiyanın Kursk vilayətində döyüşlər gedir.
Facebook-da paylaş