Bakıda və Abşeronda gecə saatlarında qanunsuz süxur daşıyan nəqliyyat vasitələri aşkarlanıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonunda və Abşeron rayonu Güzdək və Aşağı Güzdək qəsəbələrinin ərazisində gecə saatlarında qanunsuz süxur daşıyan nəqliyyat vasitələri müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Sabunçu rayonu ərazisində “Ford” markalı 90-MY-236 və 99-ZB-399, "Mercedes" markalı 99-TU-357, Abşeron rayonu Güzdək qəsəbəsində “Mercedes” markalı 99-BH-616, “HOWO” markalı 99-RO-742, “KAMAZ” markalı 90-TY-221, “SHACMAN” markalı 90-ME-611, 99-ZP-585, 77-LE-975, 99-OY-245, 99-ON-141, “Ford” markalı 99-EG-789, 99-TV-242, 77-XM-821, 77-HO-834, 99-XF-853, 05-BH-524 və "Daf" markalı 77-XF-321, Aşağı Güzdək qəsəbəsində isə “Kamaz” markalı 29-BA-302, 99-HN-327, 01-CN-079, 02-BG-202, 90-EM- 362, 01-CR-941, 10-MB-829, 90-VC-422, “Ford” markalı 99-NY-646 dövlət nömrə nişanlı yük avtomobilləri vasitəsilə ümumilikdə 304 m3 həcmində süxurun qanunsuz daşınması faktları məlum olub.

Faktlarla bağlı akt tərtib olunub, nəqliyyat vasitələrinin məxsus olduğu şəxlərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}