"Səbail" rəhbərliyi baş məşqçiyə xəbərdarlıq edib


"Zirə-2" ilə oyunda yaş limitini pozduğuna görə texniki məğlubiyyətlə cəzalandırılan "Səbail"in əvəzedici komandasının baş məşqçisi Ramiz Hüseynova xəbərdarlıq edilib.

Bunu açıqlamasında klubun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov bildirib.

O, birbaşa baş məşqçinin məsuliyyət daşıdığını deyib:

"Məlumatımız var, əvəzedici komanda baş məşqçinin yaş limitini pozduğuna görə İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə cəzalandırılıb. Burada birbaşa baş məşqçi və onun köməkçiləri məsuliyyət daşıyır. Baş məşqçi ilə söhbət aparılıb və ona xəbərdarlıq edilib. Müəyyən tənbeh tədbirləri görülüb".

Qeyd edək ki, yaş limiti pozulduğuna görə "Səbail-2" klubu texniki məğlubiyyət almaqla yanaşı, 400 manat cərimələnib. Avqustun 5-də baş tutan görüş "Səbail-2"nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}