Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.
Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib. Şəffaflıq.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə münaqişəsi səbəb olub. 35 yaşlı futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırılıdığı üçün klubla müqaviləni ləğv etmək qərarına gəlib. Qeyd edək ki, "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə) kimi klublarda da forma geyinmiş İ.Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi 4 oyun keçirib.
Xəbəri paylaş
Facebook-da paylaş