"Qalatasaray" fransalı futbolçu ilə anlaşıb
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. "Report" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə anlaşıb. "Sarı-qırmızılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndərib. Qeyd edək ki, Lyuka Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 31 yaşlı oyunçu 2014-2022-ci illər aralığında Fransa millisinin heyətində 45 matçda meydanda olub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş