Rusiya parlamentinin sədri Vyaçeslav Volodin türkiyəli həmkarı Numan Kurtulmuşu Moskvaya dəvət edib.
Rusiya parlamentinin sədri Vyaçeslav Volodin türkiyəli həmkarı Numan Kurtulmuşu Moskvaya dəvət edib. Şəffaflıq.az Türkiyə Böyük Millət Məclisinə (TBMM) istinadən xəbər verir ki, V.Volodin bu barədə telefon danışığında həmkarına deyib. Qeyd olunub ki, o, noyabrın 28-29-da Rusiyada keçiriləcək “Terrorla mübarizə və regional əlaqələr” konfransına N.Kurtulmuşu dəvət edib. N.Kurtulmuş dəvətə görə həmkarına təşəkkür edib. O, sentyabrda Rusiyaya gedəcəyini xatırladıb. TBMM sədri terrorun ortaq təhlükə olduğunu və bir çox ölkənin terror təhlükəsi altında qaldığını qeyd edib: “Bəzi böyük güclər terror təşkilatlarını alət kimi istifadə edirlər”. Türkiyə parlamentinin sədri söyləyib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi də dövlət terrorunun bir nümunəsidir.
Facebook-da paylaş