Şamaxı Astrofizika Rəsədxanasının şöbə rəhbəri vəfat edib
Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib. Şəffaflıq.az-ın məlumatına görə, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında dünyasını dəyişib. Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün “Astronomiya” dərsliyinin həmmüəlliflərindən biri olub.
Xəbəri paylaş
Facebook-da paylaş