Paris-2024: Azərbaycan medal sıralamasında 18-ci pillədə qərarlaşıb


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

Şəffaflıq.az-ın məlumatına görə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.

İlk "üçlük"də Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.

Hələlik 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}