Paris-2024: Fransa və Argentina futbolçuları arasında dava düşüb


Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.

Şəffaflıq.az-ın məlumatına görə, Bordoda baş tutan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmadan sonra hər iki komandanın bir neçə futbolçusu arasında əlbəyaxa dava düşüb.

“RMC Sport” agentliyinin məlumatına görə, bəzi oyunçular tribunada “mübarizəni” davam etdiriblər. Vurğulanıb ki, davaya səbəb Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.

Yarımfinalda Fransa yığması Misir komandası ilə qarşılaşacaq. Digər yarımfinal oyununda ispanlar mərakeşlilərlə qarşılaşacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}