Türkiyədə mikroavtobusla minik maşını toqquşub, ölən və yaralananlar var


Türkiyənin Dənizli vilayətində ağır yol qəzası olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Pamukkala rayonunda mikroavtobusun minik avtomobil ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 10 nəfər yaralanıb. Xəsarət alanların toxuculuq firmasının əməkdaşları olduğu bildirilir.

Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}