Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}