Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb: Sürücü ağır xəsarət alıb


Oğuz rayonunda xəsarətlə nəticələnən qəza baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi "DAEWOO" markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çırpılıb.

Zərbənin gücündən avtomobil hissələrə bölünüb.

Qəza zamanı 34 yaşlı N.Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}