Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüşəcəklər

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sabah sərhəddə görüş keçirəcəklər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sena Alkan danışıb.

Onun sözlərinə görə, danışıqlar səhər saatlarında Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində baş tutacaq.

Qeyd edək ki, Ruben Rubinyan və Serdar Kılıç arasında görüş iyulun 3-də planlaşdırılsa da, Türkiyə tərəfi bundan imtina etmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}