Naziri Priti Patel müxalif Mühafizəkarlar Partiyasının lideri vəzifəsinə namizədliyini irəli sürüb.
Britaniyanın keçmiş daxili işlər naziri Priti Patel müxalif Mühafizəkarlar Partiyasının lideri vəzifəsinə namizədliyini irəli sürüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə P.Patel “X” sosial şəbəkəsində yazıb. "Mən Mühafizəkarlar Partiyasının yeni lideri vəzifəsinə namizədəm", - paylaşımda deyilir. Daha əvvəl Böyük Britaniyanın keçmiş xarici və daxili işlər naziri Ceyms Kleverli də bu vəzifəyə namizədliyini irəli sürüb. Həmçinin Britaniya daxili işlər nazirinin keçmiş müavini Robert Generic də vəzifə uğrunda mübarizəyə qoşuldu. Namizədliyin irəli sürülməsi Britaniya parlamentinin iyulun 30-da yay tətilinə qədər davam edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş