Sahib Ələkbərov Oğuzda vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Oğuz şəhərində vətəndaşları qəbul edib. Şəffaflıq.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş