Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi KIA markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıblar, daha sonra onu aidiyyəti üzrə təhvil veriblər.

G.Hüseynli təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}