Türkiyə TŞ Ukrayna ilə bağlı çoxtərəfli səyləri gücləndirməyə dair çağırış edib
Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Ukraynada müharibəyə son qoymaq üçün çoxtərəfli səyləri gücləndirməyə çağırıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinin TŞ-nin iclasının yekunlarına dair bəyanatında deyilir. Məlumata görə, gündəlikdəki əsas mövzulardan biri Türkiyənin, Suriya və İraq ərazilərində də olmaqla, PKK və İŞİD qruplaşmalarına qarşı davam edən antiterror əməliyyatları olub. “Bölgə ölkələrinin səmimi əməkdaşlığı ilə Türkiyənin terrorla mübarizədə göstərdiyi səylərin İraq və Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə yanaşı, ümumi təhlükəsizlik məsələlərinin həlli üçün möhkəm zəmin yaradacağı qeyd edilib”, - bəyanatda deyilir. Türkiyə TŞ həmçinin FETÖ terror qruplaşması ilə mübarizədə əldə olunan uğurlar və atılacaq addımları müzakirə edib, Qəzza zolağında qan axıdılmasına dərhal son qoyulmasının vacibliyini önə çəkib. “Təhlükəsizlik Şurası Türkiyənin Kipr məsələsinin kiprlilərin və türklərin bərabər suveren hüquqlara və beynəlxalq statusa malik olacağı, Şimali Kipr Türk Cümhuriyyətinin isə beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü olacağı iki dövlət əsasında həlli məsələsində dəyişməz mövqeyini vurğulayır”, - bəyanatda deyilir.
Facebook-da paylaş