Nazir müavini: İqlim dəyişmələri insanlarla yanaşı, heyvan və bitkilərdəki xəstəliklərə də təsir edir
İnsanlarda olan infeksion xəstəliklərin təxminən yarısı heyvanlardan keçən infeksiyalardadır. Şəffaflıq.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, heyvan və insanlarda olan mikroblar öz-özlüyündə müxtəlif xəstəliklərə səbəb olur: "İnfeksiyaların bəziləri də heyvandan insana, yaxud da insandan heyvana keçə bilir. Bu da nəticədə müəyyən fəsadlara gətirib çıxara bilər. Təbii ki, bunlar bilinən, yəni quduzluq, quş və ya donuz qripi, COVID-19, ebola və sair xəstəliklərdir". "Ümumilikdə insanlarda olan infeksion xəstəliklərin təxminən yarısı heyvanlardan keçən infeksiyalardadır. Bu baxımdan infeksiyaların ötürülməsi nöqteyi-nəzərdən bu xəstəlik və onların daşıyıcısı olan varlıqlara vahid yanaşmanın tətbiq olunması məqsədə uyğundur. İnfeksiyalara qarşı insanlara geniş şəkildə antibiotiklərdən istifadə olunur. Bəlkə də heyvanlara antibiotiklərin tətbiqi daha çoxdur", - nazir müavini əlavə edib. N.Zeynalov vurğulayıb ki, iqlim dəyişmələri tək insanlara yox, eyni zamanda heyvan və bitkilərdə olan xəstəliklərə təsir edir: "Nəticədə gözlə görünməyən illərlə davam edən dəyişiklərə səbəb olur. İnsan və heyvanlar iqlim dəyişikləri nəticəsində köç edirlər, bu da çox sayda infeksion xəstəliklərin coğrafiyasını dəyişməsinə zəmin yaradır. Yəni xəstəliklər əmələ gəlir və köhnə xəstəliklər fəsadlar yaradır. Ona görə də məsələyə vahid sağlamlıq baxımından yanaşılması önəmlidir".
Facebook-da paylaş