Paris-2024 Yay Olimpiya Oyunları: Cüdo yarışının püşkü atılacaq


Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışının püşkatma mərasimi keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mərasimdə Azərbaycan cüdoçularının rəqibləri də bəlli olacaq. İdmançılarımızdan dördü püşkatmada səpələnmişlər arasında olacaq. Bunlar Balabəy Ağayav (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyevdir (100 kq).

Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}