Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ümumilikdə 6 yeni telekommunikasiya operatorunu və provayderini uçota alıb. Şəffaflıq.az bu barədə agentliyə istinadən xəbər verir. Bundan başqa, məlumata görə, “Proksi fiber” və “Avirtel” MMC-lərin uçotu onların müraciətləri əsasında - operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən ləğv edilib. Son nəticədə uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Facebook-da paylaş