Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb

Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb


24-07-2024, 11:39


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ümumilikdə 6 yeni telekommunikasiya operatorunu və provayderini uçota alıb.

Şəffaflıq.az bu barədə agentliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, “Proksi fiber” və “Avirtel” MMC-lərin uçotu onların müraciətləri əsasında - operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən ləğv edilib. Son nəticədə uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


Geri qayıt