Rocer Federer XXI əsrin ən yaxşı kişi tennisçisi seçilib
İsveçrəli Rocer Federer XXI əsrin ən yaxşı kişi tennisçisi seçilib. Şəffaflıq.az xəbər verir ki, "Böyük Dəbilqə" turnirlərinin 20 qat qalibi ESPN-in versiyasına görə ilk pillədə yer alıb. İkinci yer 24 dəfə "Böyük Dəbilqə" çempionu olmuş serbiyalı Novak Cokoviçə verilib. İlk "3-lüy"ü "Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibi adını qazanmış ispaniyalı Rafael Nadal tamamlayıb. Ən yaxşı tennisçilərin seçimi prosesində dünya üzrə nəşr redaktorları öz namizədlərini təklif ediblər. Nəticədə müxtəlif idmançılar üçün ümumilikdə 70 minə yaxın səs toplanıb. Qeyd edək ki, R.Federer 2022-ci ilin sentyabrında karyerasını bitirib.
Xəbəri paylaş
Facebook-da paylaş