Yamaykalı idmançı internet probleminə görə Paris-2024-dən kənarda qalıb


Yamaykalı atlet Nayoka Klunis internet probleminə görə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamaykada baş verən güclü fırtına sonrası ölkədə internetin fəaliyyəti dayanıb və çəkicatma üzrə yarışların iştirakçısının adı yarış ərizəsinə salınmayıb.

İdmançı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlasa da, nəticə dəyişməyib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}