Azərbaycan BMT ilə xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı müzakirə edib
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya məsələsi müzakirə edilib. Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. "BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə iqlimdəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələləri - xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiyanı, dayanıqlı fəaliyyətə keçidi, COP29 çərçivəsində əməkdaşlıq istiqamətlərini müzakirə etdik", - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş