Macarıstan klubu "Sumqayıt"la oyun üçün Bakıya 50 azarkeş gətirəcək


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" klubu ilə qarşılaşacaq "Fehervar"ın (Macarıstan) Bakı planı müəyyənləşib.

Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.

O, komandanın iyulun 24-də Bakıda olacağını bildirib:

“Fehervar” ayın 24-də Bakıda olacaq. Macarıstandan təxminən 50 nəfərə yaxın azarkeş gələcək. Amma klub tərəfindən özləri ilə media nümayəndələri gətirəcəklərinə dair bizə heç bir məlumat verilməyib”.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}